Обложка книги «Romeo və Cülyetta»

Romeo və Cülyetta

Уильям Шекспир

Читать онлайн

Скачать

Начало книги

Verona şəhər əhli, hər iki ailənin qohumları, kişilər və qadınlar, maska taxmış adamlar, keşikçilər və xidmətçilər.

Xor.

Hadisələr Verona və Mantuyada cərəyan еdir.

Xor gəlir

Хоr.

Veronada iki nəcib ailə

Köhnə ədavətlə alışdı, yandı.

Paxıllıq təzədən döndü gur selə,

Əllər qana batdı, qana bulandı.

Düşmən nəsillərdə cütqoşa ulduz

Verdi ürəyini saf məhəbbətə.

Onların taleyi dönük, uğursuz,

Həlaki son qoydu bu ədavətə.

Nakam aşiqlərin müdhiş ölümü,

Bədbəxt ataları titrədən fəsad,

Ağır peşimançılıq, bəxtin zülmü

Alar vaxtmızı ikicə saat.

Əgər tamaşaya diqqəт versəniz,

Səhvsiz göstərməyə çalışarıq biz.

Xor gedir

Veronada bir meydan. Qılınc və qalxan qurşamış Samson və Qreqori gəlirlər.

Samson. Qreqori, bax ha, biz buradan kömür aparmayacağıq.

Qreqori. Yox, canım, onda biz alçalıb kömürçü olarıq ki!

Samson. Mən demək istəyirəm ki, əgər onlar qanımızı qaraltsalar, biz qanıqara getməyəcəyik, qılınclar işə düşəcək.

Qreqori. Hə, dostum, nə qədər sağsan, başım dik tut.

Читать дальше →

Жанр
Драматургия
Перевод
Sabir Mustafa
Год написания
2011
Издание
«Öndər nəşriyyatı», Bakı, 2004
Язык
az
Размер FB2
243,3 КБ
Добавлена