GƏNCƏ FOLKLORU ANTOLOGİYASI 1-Cİ KİTAB. GƏNCƏ FOLKLORU

Ruziyə Quliyeva, Сахиб Ахундов, Maqbet Əhmədov, Ziyad Rəhimov

Читать онлайн

Скачать

Начало книги

Allah süfrəni açıq eləsin!

Allah köməyin olsun!

Ağgünlü olasan!

Allah qəfil xata-baladan saxlasın!

Allah gözünə işıq versin!

Allah əziz eləsin!

İman yiyəsi olasan!

Əlinnən verdiyin qabağına çıxsın!

Xoşxəbər olasan!

İşin irəli!

Cibin dolu olsun!

Üzün ağ olsun!

Səni görüm «neyləyim», «necə eləyim» deməyəsən!

Allah ruzunu başından töksün!

Qədəmin uğurlu olsun!

Bəxtindən yarıyasan!

Əllərin var olsun!

Əlin-qolun ağrımasın!

İstəyinə çatasan!

Allah şəfa versin!

Yastığın yüngül olsun!

Bala dağı görməyəsən!

Qonşuluqdan əksik olma!

Ümid yeri olasan!

Həmişə toylarda!

Şadlıqlarda görüşək!

Şadlıqda qal!

Evinə şadlıq apar!

Axır qəmin olsun!

Dörən-döşən pay götür!

Başın uca olsun!

12

Allah toy qismət eləsin!

Urzun başından yağsın!

Allah yaman gün verməsin!

Allah ömür versin!

Allah canını sağ eləsin!

Həmişə evində-eşiyində!

Hər səfərdən sağlıqnan!

Allah kölgəni üstümüzdən əksik eləməsin!

Ağgünlü, ağ yaylaqlı olasan!

Allah sənə bir şirin pay versin!

Читать дальше →

Жанр
Фольклор, загадки folklore
Язык
az
Размер FB2
1,5 МБ
Добавлена